Ceims Appaturai - İşğal altında olan regionlara beşinci maddənin yayılmaması şərti ilə, Gürcüstanın NATO-ya qəbul edilməsi məsələsi bugün alyans üçün maraqlı deyil
Ceims Appaturai – İşğal altında olan regionlara beşinci maddənin yayılmaması şərti ilə, Gürcüstanın NATO-ya qəbul edilməsi məsələsi bugün alyans üçün maraqlı deyil, – bu bəyanatı Qafqaz və Mərkəzi Asyada NATO baş katibinin xüsusi nümayəndəsi Ceims Appaturai dünən öz “Facebook” səhifəsində yayıb.
Onun dediyinə görə, o belə bir ideyanın bugünki dünya təhlükəsizliyi mühitində vaxtlı və yerli olduğunu düşünmür.
“Gürcüstanda bu mövzu ilə bağlı aparılan diskussiyayı gördüm. Məncə bu məsələ ilə bağlı diskussiyanın bugün heç bir mənası yoxdur. NATO-nun belə bir ideyayı müzakirə etmək üçün marağı yoxdur. Mövcud olan məsələləri və Gürcüstanın NATO-ya qəbul edilmənin yollarını müzakirə etmək üçün bu yaxınlarda alyansın nümayəndələri Gürcüstanda olacaqlar” – yazır Ceims Apaturai.
Xatırladaq ki, Tbilisidə keçirilən beynəlxalq konfransda, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen bəyan etmişdi ki, Gürcüstan NATO-ya ancaq nəzarəti altında olan ərazilərlə daxil ola bilər.
I’ve seen the current exchanges in Georgia on joining the Alliance without Article 5 applying to the two regions. In my…
Posted by James Appathurai Official on ოთხშაბათი, 11 სექტემბერი, 2019