"CBS News" - İranda vurulmuş ABŞ-ın F-15 təyyarəsində olan ekipaj üzvü amerikalı hərbçilər tərəfindən xilas edilib, ikinci üzv üçün axtarış-xilasetmə əməliyyatı davam edir
İranda vurulmuş ABŞ F-15 qırıcı təyyarəsində olan ekipaj üzvü amerikalı hərbçilər tərəfindən xilas edilib. Bu barədə iki yüksək vəzifəli şəxs “CBS News”a bildirib.
Mənbələr təsdiqləyir ki, vurulmuş ABŞ F-15 qırıcı təyyarəsinin bir ekipaj üzvü amerikalı qüvvələr tərəfindən xilas edilib.
Medianın yazdığına görə, F-15-in iki nəfərlik ekipajı var və müvafiq olaraq ikinci ekipaj üzvünün axtarış-xilasetmə əməliyyatı davam edir.
Məlumat üçün bildirək ki, “NBC News” mənbələrə istinadən yazıb ki, ABŞ-a məxsus F-15 tipli qırıcı təyyarə İran səmasında vurulub. Bununla yanaşı, Ağ Evin mətbuat katibi Kerolayn Levit qeyd edib ki, Donald Tramp İranda Amerika təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırılıb.
Bundan əvvəl “İslam İnqilabı Keşikçiləri Korpusu” iki Amerika hərbi təyyarəsinin vurulduğunu bildirdi.