„CBS News“ - Volodimir Zelenski, avqustun 15-də Alyaskada Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan görüşdə iştirak edə bilər
Ukrayna prezidenti Volodimir Zelenski avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşdə iştirak edə bilər, – bu barədə „CBS News“ yazır.
Mediya anonim mənbəyə istinadən xəbər verir ki, görüşün təfərrüatları hələ tam dəqiqləşdirilməyib və Volodimir Zelenski görüşdə hər hansı formada iştirak edə bilər.
Məlumat üçün bildirək ki, dünən ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş Alaskada avqustun 15-də keçiriləcək.