“CBS” – Donald Tramp Venesuela ərazisinə zərbələr endirmək əmri verib
“CBS” – Donald Tramp Venesuela ərazisinə zərbələr endirmək əmri verib

Amerika mediasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp Venesuela ərazisində zərbələrin həyata keçirilməsi barədə əmr verib. Bu barədə məlumatı “CBS” yayır.

Yayılan məlumata əsasən, Tramp Venesuelanın bombalanması barədə əmri əməliyyatın başlanmasından bir neçə gün əvvəl verib. “CBS”in məlumatına görə, əməliyyatın daha erkən başlaması planlaşdırılırdı, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Paralel olaraq, Venesuelanın dövlət teleşirkəti “Telesur” Venesuela hökumətinin bəyanatını yayır, bu bəyanata əsasən, Venesuela ABŞ-ın Venesuela ərazisinə və əhalisinə qarşı, Karakasdakı mülki və hərbi obyektlərə qarşı təcavüzünü pisləyir.

Venesuela hökuməti ABŞ-ı strateji resursların, xüsusən də neft və mineralların ələ keçirilməsində günahlandırıb.

Məlumat üçün bildirək ki, Karakasda partlayış səsləri eşidilir və şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb.