Javelin raket komleksi - Amerikanın "dəmir nizəsi" Gürcüstandadır
Javelin raket komleksi - Amerikanın "dəmir nizəsi" Gürcüstandadır

Gürcüstan ABŞ-dan dünyada ən məşhur və ən effektli anti-tank sistemlərini əldə edəcək.

Javelin-in əldə edilməsi üzrə danışıqlar son mərhələdədir. Bu gün məlum oldu ki, Dövlət Departamenti müqaviləni dəstəklədi. Söhbət, təxminən 75 milyon dollar həcmində hərbi texnikadan gedir.

Javelin ilk dəfə Gürcüstana 2017-ci ilin sentyabrında keçirilmiş “Layiqlı Partnyor” (Nobell Partner) çoxmilli təlimləri zamanı gətirildi.

“Dəmir nizə” – Javelin dünyada ən güclü anti-tank mobil raket komplekslərindən biridir. O, hər növ zirehləri texnikanı məhv edir. Həmçinin  aşağı hündürlükdə uçan və orta sürəti olan uçuş aparatlarına qarşı da uğurla istifadə olunur. O cümlədən vertalyot, pilotsuz uçuş aparatı və müəyyən kateqoriyalı təyyarələrə qarşı.

Javelin ABŞ Silahlı Qüvvələrinə 1996-cı ildə daxil edildi. Bu daşınan kompleks İraqda və digər hərbi münaqişələrdə fəal şəkildə istifadə edilirdi.

Javelin raketi klassik aerodinamik sxem ilə qurulubdur. Atış zamanı qanadlarıni açır. Raket, özühədəfə alan infraqırmızı döyüş başlığı ilə təchiz olunmuşdur. Bu “vur və unut” prinsipi üzərində işləyir. Bir qayda olaraq, silahlanmanın düzgün işləməsi üçün iki nəfər lazımdır – atıcı/operator və döyüş sursatını çatdıran. Lakin, lazım olduğu təqdirdə raketi bir nəfər də ata bilər. “Dəmir nizə” işinin prinsipindən irəli gələrək, hərbiçi sürətlə mövqeyini dəyişə bilər və ikinci raketi, birincinin hədəfə çatmasına qədər ata bilər.

Javelin-in üstünlükləri aşağıdakılardır:

  • Raket çətin meteoroloji şəraitdə, eləcə də güclü duman və gecə saatlarında hədəfə ala bilər;
  • Özühədəfə alma sisteminə işıqlandırma lazım gəlmir;
  • Raket tankın ən zəif – baş hissəsini məhv edə bilər;
  • Kompleksin ölçüsünü və çəkisinə görə, onu bir  hərbçi də istifadə edə bilər;
  • Nəzarət mühərriki və “yüngül atış sistemi” raketi binadan da atmağı təmin edir;
  • Atış və nəzarət bloku ayrıca da istifadə oluna bilər – kəşfiyyat məqsədi ilə.

2013-cü ilin məlumatlarına görə, hər bir bu cür tanka qarşı kompleksin dəyəri  100 min ABŞ dollarıdır. Atış blokunun qiyməti isə 126 min dollara çatır.