Jan-Noel Barro bildirir ki, Avropa İttifaqı ABŞ-la koordinasiyalı şəkildə Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlamağa çalışır
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqı ABŞ-la koordinasiyalı şəkildə Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlamağa çalışır.
Barro təsdiqləyib ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır.
Bununla yanaşı, Fransanın xarici işlər naziri respublikaçı senator Lindsi Qremin Rusiyaya qarşı sanksiyalarla bağlı təşəbbüsünü xatırladıb və qeyd edib ki, Avropa İttifaqı öz qərarlarını ABŞ-la koordinasiya etməyə çalışır.
“Biz avropalılar 17-ci sanksiya paketi ilə Amerikanın bu təşəbbüsünə qoşulacağıq. Dünən mən Lindsi Qremə söz verdim ki, biz bu iki sanksiya paketinin həm məzmunu, həm də müddətlərini razılaşdırmağa çalışacağıq”, – Fransanın xarici işlər naziri bildirib.
Jan-Noel Barronun söylədiyinə görə, hazırda “Ukraynada sülhə yeganə maneə törədən amili Vladimir Putindir”.