Jan-Noel Baro - Yeni Amerika administrasiyası bizi birləşdirən əlaqələri yenidən nəzərdən keçirməyə qərar verib, həmçinin təklif qəbuledilməzdirsə, bizim də tarixi müttəfiqə "yox" demək  hüququmuz var
Jan-Noel Baro - Yeni Amerika administrasiyası bizi birləşdirən əlaqələri yenidən nəzərdən keçirməyə qərar verib, həmçinin təklif qəbuledilməzdirsə, bizim də tarixi müttəfiqə "yox" demək hüququmuz var

Fransa xarici işlər naziri Jan-Noel Baro bildirib ki, ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərini yenidən nəzərdən keçirmək hüququ var, lakin Vaşinqton qəbuledilməz təklif irəli sürərsə, Avropanın da “yox” demək hüququ var.

Bu barədə BMFTV xəbər verir.

Fransalı diplomatlar qarşısında çıxışı zamanı Baro qeyd edib ki, iki dünya müharibəsindən sonra qurulan dünya nizamı “keçmişdə qalıb” və Avropanın gələcəyi artıq “sual işarəsi altındadır”. Bu kontekstdə o, yeni ABŞ administrasiyasının siyasətindən bəhs edib.

“Bir neçə ay ərzində yeni Amerika administrasiyası bizi birləşdirən əlaqələri yenidən nəzərdən keçirmək qərarına gəldi və bu, onun haqqıdır. Lakin, tarixi müttəfiqin təklifi qəbuledilməzdirsə, nə qədər tarixi olursa olsun, bizim də “yox” demək hüququmuz var”, – Fransa xarici işlər naziri bildirib.

Bu bəyanatı Fransanın xarici siyasət idarəsinin rəhbəri, Donald Tramp administrasiyasının nümayəndələrinin ABŞ tərəfindən Qrenlandiya üzərində nəzarətin qurulması ehtimalı barədə danışdığı zaman verib.

“Ağ Evin sözçüsü Kerolayn Levitt bildirib ki, ABŞ prezidenti və onun müşavirləri Qrenlandiyanı almaq üçün bir neçə variantı nəzərdən keçirirlər və “ABŞ qüvvələrindən istifadə həmişə bir seçim olaraq qalır”.