Əfqanistanda seçki qərargahında baş verən partlayış nəticəsində 10 nəfər həlak oldu
Əfqanistanda seçki qərargahında baş verən partlayış nəticəsində 10 nəfər həlak oldu

Əfqanistanda seçki qərargahında baş verən partlayış nəticəsində 10 nəfər həlak oldu və təqribən o qədər insanda ağır yaralandı.

Bu barədə məlumatı Helmand əyalətinin qubernatorunun ofisinə istinad edərək, yerli medya yayır.

Yaralananlar arasında deputatlığa namizəd Saleh Mohammad Açakzai də var.

Helmand əyalətinin Laşkarqah seçki qərargahında partlayış günün birinci yarısında baş verdi. Suiqəstçi terorist özünü binaya daxil olduqdan sonra partlatdı.

Baş verən hadisə ilə bağlı məsuliyyəti öz üzərinə hələ heç bir teror təşkilatı götürməyib.

Mərkəzi Asiya dövlətində parlament seçkiləri oktyabrın 20-də keçiriləcək.

Seçkilərə ölkədə qüvvədə olan “Taliban” və “İslam Dövləti” teror qruplaşmaları qarşı çıxırdılar.