Əfqanistanda bazar ərazisində partlayış baş verdi
Əfqanistanda bazar ərazisində partlayış baş verdi

Əfqanistanın Kandağar şəhərində baş verən partlayış nəticəsində ən az üç nəfər həlak oldu və 13-ü isə, ağır yaralandı.

Onların hamısı adi vətəndaşlardır.

Əfqanistan medyasının məlumatına görə, partlayış yerli vaxtı ilə səhər saat 9-da bazar ərazisində, xalq kütləsinin yığıldığı yerdə baş verdi.

Teraktla bağlı məsuliyyəti hələlik heç bir terorist təşkilatı üzərinə götürməyib.