İyunun 27-də Gürcüstan parlamentində sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Cari ilin 27 iyun tarixində parlamentin plenar iclasında Gürcüstanın Baş naziri hökumət proqramının icrasının gedişatı barədə hesabatla çıxış edəcək.
“Gürcüstanın parlament sarayında təhlükəsizliyin qorunması qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan Parlamentinin sədrinin 2023-cü ilin 4 sentyabr tarixli N1/259/23 sərəncamına uyğun olaraq, cari ilin iyunun 27-də parlament sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin parlament sarayına girişi məhdudlaşdırılacaq.
Parlamentin planlaşdırılmış tədbirlərinə (o cümlədən komitə və plenar iclaslara) yalnız müvafiq struktur vahidləri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaqlar.
Parlament tədbiri başa çatana qədər binaya televiziya yayımçıları/telemedia vasitələrinin sayı üçdən artıq olmayan akkreditə olunmuş qrupu buraxılacaq.
Sözügedən tədbirin məqsədi Gürcüstanın parlament sarayında iş və təhlükəsiz mühiti təmin etməkdir”, – parlamentin yaydığı məlumatda qeyd olunub.