İtaliyanın müdafiə naziri – Rusiya müharibədə məğlubiyyət təhdidi ilə qarşı-qarşıya qalarsa, taktiki nüvə silahından istifadə edə bilər
Rusiya müharibədə məğlubiyyət təhdidi ilə qarşı-qarşıya qalarsa, taktiki nüvə silahından istifadə edə bilər -bu barədə İtaliyanın müdafiə naziri Qvido Kroseto açıqlayıb.
Məlumatı yerli media yayır.
İtaliya Müdafiə Nazirliyinin rəhbəri Rusiyanın taktiki nüvə enerjisindən istifadə təhlükəsi ehtimalının az olsa da, potensial olaraq mövcud olduğunu bildirib.
Qvido Kroseto İtaliyanın hərbi yardım da daxil olmaqla Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
“Mümkündürsə, biz mütləq onlara özlərini qorumaqda kömək edəcəyik. Rusiya keçməməli olan sərhəddi keçib. Çatdırılmalar silah ehtiyatlarını doldurmaq qabiliyyətinə uyğun olmalıdır və Kiyevə yaxşı, işlək vəziyyətdə çatdırılmalıdır. Supermarketdə Nutella qabı kimi raket tapa bilməzsiniz, onlar istehsalı çox vaxt aparan mürəkkəb sistemlərdir. Deyə bilməzsən: yaxşı, sabah gedib yüz raket alım. Bu səbəbdən də biz Ukraynaya hava hücumundan müdafiə sistemlərini veririksə, onları öz ehtiyatımızdan götürməliyik və bunu elə etməliyik ki, müdafiəmizi zəiflətməyək və keyfiyyətdən əmin olaq”- deyə İtaliyanın müdafiə naziri açıqlayıb.
Bundan əvvəl İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətində bildirmişdi ki, Roma Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini müzakirə edir.