İtaliyanın xarici işlər naziri - məsələ Trampın hansı tələblərinin olacağı deyil, Putinin nəyə razı olacağıdır, top onun meydançasındadır
İtaliyanın xarici işlər naziri - məsələ Trampın hansı tələblərinin olacağı deyil, Putinin nəyə razı olacağıdır, top onun meydançasındadır

İtaliyanın xarici işlər naziri Antonio Taiani Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Alyaskada keçirilən görüşünün nəticələrinin Putindən asılı olduğunu bildirir.

Taiani bildirir ki, liderlərin Ankoric şəhərindəki görüşü həlledici məqam olacaq və Rusiya ilə Ukrayna arasında real sülh danışıqları görüşdən sonra başlayacaq.

“Putinin Trampın tələblərini dinləməyə nə dərəcədə hazır olduğunu və müharibəni tez bitirmək üçün sülhə nail olmaq istədiyini bilmirəm. Ona görə də sual Trampın hansı tələblərinin olacağı deyil, Putinin nəyə razı olacağıdır. Top onun meydançasındadır. Dialoq aparmaq və Prezident Zelenski ilə görüşmək istəyib-istəmədiyini məhz o deməlidir”, – Taiani qeyd edib.