İtaliyadan qayıdan 17 pasientin koronavirusu təsdiqlənmədi
İtaliyadan qayıdan 17 pasientin koronavirusu təsdiqlənmədi

Tbilisi İnfeksiya Xəstəxanasının xüsusi (qapalı) departamentinin rəhbəri Marina Endeladzenin məlumatına görə, İtaliyadan xüsusi reyslə gətirilən 17 pasientin koronavirusu təsdiqlənmədi.

Onun dediyinə görə, Luqar laboratoriyasından gələn koronavirus teslərinin cavabı mənfidir.

“Temperaturu yüksək olanlar həkimlərin müşahidəsi altında qalacaqlar, digərləri isə, özünü izolyasiya rejiminə və yaxud karantinə keçəcəklər.

Bu gün İtaliyada olan yeni dörd pasient gətirildi. Hazırda onların test cavabları gözlənilir” – dedi Marina Endeladze.