İtaliyada Yeni il gecəsi pirotexniki vasitələrin istifadəsi nəticəsində bir nəfər həlak olub, 283 nəfər isə xəsarət alıb
İtaliyada Yeni il gecəsi pirotexniki vasitələrin istifadəsi nəticəsində bir nəfər həlak olub, 283 nəfər isə xəsarət alıb

İtaliyada Yeni il gecəsi pirotexniki vasitələrin istifadəsi nəticəsində bir nəfər həlak olub, 283 nəfər isə xəsarət alıb. Bu barədə yerli media məlumat yayır.

Medianın məlumatına görə, həlak olan şəxs 63 yaşlı Moldova vətəndaşıdır. Xəsarət alanlar arasında 68 nəfər azyaşlı da var.

Medianın yazdığına görə, Neapolda 24 yaşlı bir kişi pirotexniki vasitədən istifadə nəticəsində üç barmağını itirib, xəstəxanadan buraxıldıqdan sonra isə yenidən pirotexnikadan istifadə edib, gözünü zədələyib və yenidən tibbi yardıma ehtiyac duyub.

Yeni il gecəsi yanğınsöndürənlər 770 çağırışa cavab veriblər, onlardan ən çoxu – 114-ü, Emiliya-Romanya bölgəsində qeydə alınıb.

Florensiyada, Soliçiano həbsxanasında pirotexniki vasitənin istifadəsindən sonra yanğın baş verib, nəticədə 5 məhbus xəsarət alıb.