İtaliyada son 24 saatda koronavirus səbəbi ilə 99 nəfər dünyasını dəyişib

 

 

İtaliyada son 24 saatda koronavirus səbəbi ilə 99 nəfər dünyasını dəyişib. ″Reuters″ agentliyinin yazdığı üzrə,martın 9-dan sonra ilk dəfə,İtaliyada koronavirusdan gündəlik ölüm göstəricisi  100-dən aşağıdır.

Ölkədə Covid 19-a  451 yeni yoluxma halı qeydə alınıb.Bu rəqəm martın 2-dən sonra qeydə alınan ən aşağı göstəricidir.İtaliyada koronavirusa 32 007 nəfər qurban gedib.Dünyasını dəyişmiş insanların sayına  görə,İtaliya  dünyada  ABŞ və B.Britaniyadan sonra 3-cü yerdə qərarlaşır.

Cəmdə, ölkədə koronavirusa 225 886 yoluxma halı təsdiqlənib.

 

Hazırladı-Sevinc Mustafayeva