İtaliyada bildirirlər ki, Qış Olimpiya Oyunlarının başlanğıcı zamanı dəmir yolu xətlərinin zədələnməsi halları bölgədə ciddi nəqliyyat xaosu yaradıb
İtaliyada bildirirlər ki, Qış Olimpiya Oyunlarının başlanğıcı zamanı dəmir yolu xətlərinin zədələnməsi halları bölgədə ciddi nəqliyyat xaosu yaradıb

İtaliyada bildirirlər ki, Qış Olimpiya Oyunlarının başlanğıcı zamanı dəmir yolu şəbəkəsinə edilən hücumlar bölgədə ciddi nəqliyyat xaosuna səbəb olub. Bu barədə “BBC” yazır.

Polis dəmir yolu xətlərinin zədələnməsi ilə bağlı üç ayrı fakt aşkar edib və onların fikrincə, bu hallar Olimpiya Oyunları ilə əlaqəlidir.

Bolonya və Venesiya arasındakı dəmir yolu infrasturkturunda yanğın baş verib və iki saat yarım gecikməyə səbəb olub və polis isə daha sonra yaxın ərazilərdə kəsilmiş kabellər və partlayıcı qurğu aşkar edib.

Nəqliyyat Nazirliyi hadisələri “ciddi təxribat aktları” kimi qiymətləndirib və 2024-cü ildə Paris Olimpiadası zamanı törədilmiş vandalizm hadisəsi ilə paralel aparıb.

“Fransa hadisəsi ilə hərəkətlərdə və vaxtda oxşarlıqlar var”, – deyə İtaliyanın Baş nazirinin müavini və nəqliyyat naziri Matteo Salvini bildirib.