İtaliyada 102 yaşlı qadın İtalika Qrondona koronavirusdan sağaldı.
Yaşlı pasiyent Genua xəstəxanasında 20 gün ərzində müalicə olunurdu. Onda koronavirusun yüngül simptomları və nəfəs çatışmamazlığı müşahidə olunurdu.
Həkimlərin bəyanatına görə, yaşlı pasiyentin müalicəsi üçün çox da əziyyət çəkmədilər və demək olar ki, pasiyentin özü sağaldı.
Həkimlər İtalika Qrondonayı “ölümsüz” adlandırdılar.
İtalika Qrondona xəstəxanadan martın 26-da çıxdı.