İtaliya parlamentinin Xarici Əlaqələr Komitəsində Nikoloz Samxaradzenin onlayn dinlənilməsi keçirilib
İtaliya Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin onlayn dinlənilməsi keçirilib.
Dinləmədə İtaliya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və komitə üzvləri iştirak edirdilər.
Nikoloz Samxaradze həmkarlarını xarici siyasət, Avropa İttifaqına inteqrasiya, işğal olunmuş Abxaziya və Sxinvali bölgəsindəki mürəkkəb vəziyyət və daxili siyasi proseslər barədə məlumatlandırıb.
Xarici Əlaqələr Komitəsinin sədri regiondakı təhlükəsizlik mühitini və ölkənin üzləşdiyi çağırışları nəzərdən keçirib. O, planlaşdırılan parlament seçkiləri, mövcud seçkiqabağı mühit və hökumətin seçki proqramı barədə danışıb.
“Dinləmə çərçivəsində mən mühüm siyasi və iqtisadi məsələləri, ölkənin qarşısında mövduc çağırışları və gələcək planları nəzərdən keçirdim. İtaliya Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərinin sualları əsasən Avropaya inteqrasiya prosesi, seçkiöncəsi mühit, diasporun seçkilərdə iştirakı və seçkidən sonrakı gözləntilərlə bağlı olub.
“İtaliyalı həmkarlar Orta Dəhliz layihəsinin inkişafı və Anakliya limanının tikintisi, həmçinin Ermənistan və Azərbaycan arasında davam edən sülh müqaviləsinin imzalanması prosesləri və bu prosesdə Gürcüstanın rolu ilə maraqlanıblar”, – Nikoloz Samxaradze bildirib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.