İtaliya mətbuatı Papa Fransiskin vəfat etməsinin bir neçə mümkün səbəbi haqqında yazır
İtalyan nəşrinin məlumatına əsasən, Papa Fransiskin vəfat etməsinin səbəbi insult ola bilər. Nəşr konkret təfərrüatları açıqlamır, hərçənd, yaxın saatlarda Müqəddəs kilsənin Papanın ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verəcəyini qeyd edir.
Bununla yanaşı, başqa bir İtaliya agentliyi mənbələrə istinadən xəbər verir ki, papanın vəfat olmasının səbəbi beyin qanaması olub. Onların məlumatına görə, ölüm səhər saat 7:35-də qəfildən baş verib və tənəffüs patologiyaları ilə bağlı olmayıb.
Roma Papası Fransisk 88 yaşında vəfat edib.
Kardinal Xorxe Mario Berqolio 2013-cü ilin martında Papa XVI Benediktin istefasından sonra katolik kilsəsinin lideri seçilib. O, ilk Latın amerikalı Cizvit papa və kilsə tarixindəki ən yaşlı papalardan biri idi.