İtaliya Daxili İşlər Naziri – Qeyri-qanuni miqrasiya ilə bağlı təhlükəsizlik riskləri mövcud olduğu müddətcə İspaniyadan gələn səyahətçilərin yoxlanılması davam etdiriləcək
İtalianın daxili işlər naziri Matteo Piantedozi bildirir ki, qeyri-qanuni miqrasiya ilə bağlı təhlükəsizlik riskləri mövcud olduğu müddətcə Roma İspaniyadan gələn səyahətçilərin yoxlanılmasını davam etdirəcək.
Piantedozinin sözlərinə görə, Şengen sazişinin dayandırılması barədə qərar avqustun 15-dək yenidən nəzərdən keçirilməyəcək. O, həmçinin bu qərarın Avropa qanunvericiliyinə tamamilə uyğun olduğunu bildirib. İtaliyanın daxili işlər naziri qeyd edib ki, bu tədbirlər İspaniyaya qarşı yönəlmiş siyasi spekulyasiya deyil və ölkənin milli təhlükəsizliyinin qorunmasına xidmət edir.
Xatırladaq ki, avqustun 1-dən etibarən İtaliyanın hava və dəniz limanlarında İspaniyadan daxil olan şəxslərin seçmə yoxlanılması həyata keçirilir. Bu proses Seutada miqrasiya böhranı səbəbindən Şengen sazişinin müvəqqəti dayandırılmasından sonra başlayıb. Cavab olaraq İspaniya bildirib ki, avqustun 8-dən sentyabrın 7-dək İtaliyadan ölkəyə gələn şəxslər üçün sərhəd nəzarətini tətbiq edəcək.