İsveçrənin Qlobal Problemlər İnstitutu - Sanksiyalardan yan keçmək üçün Gürcüstandan istifadə edilməsi ilə bağlı ittihamlar əksər hallarda ticarət axınlarında dəyişikliklərlə bağlı şübhəli, tələsik rəylərdən qaynaqlanır
Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün Gürcüstandan istifadə edilməsi ilə bağlı ittihamlar əksər hallarda ticarət axınlarında dəyişikliklərlə bağlı şübhəli, tələsik rəylərdən qaynaqlanır – bu haqda İsveçrənin Qlobal Problemlər İnstitutu tərəfindən Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasının səbəbləri ilə bağlı dərc edilmiş geniş hesabatda deyilir.
Sənəddə qeyd olunub ki, Rusiyaya qarşı misli görünməmiş sanksiyaların tətbiqindən sonra Gürcüstandan keçməklə bu sanksiyalardan yan keçilməsi ilə bağlı ittihamlar tez-tez eşidilir.
“Lakin ticarət göstəricilərinin və digər müfəssəl məlumatın öyrənilməsi göstərir ki, Gürcüstanla Rusiya arasında ikitərəfli ticarət dövriyyəsinin və Gürcüstandan keçməklə Rusiyaya tranzitin artması zərərsiz hadisələrlə izah oluna bilər və əgər sanksiyalardan yan keçmə baş verərsə, bunun əhəmiyyətsiz miqyası olacaq” – hesabatda deyilir.
Nəşrdə o da qeyd olunub ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Rusiya ilə Gürcüstan arasında ticarət dövriyyəsi həqiqətən də artıb, lakin müəlliflərin sözlərinə görə, ticarət göstəriciləri göstərir ki, məsələ Gürcüstanın Rusiyaya həyata keçirdiyi ixracdan deyil, Gürcüstan tərəfindən Rusiyadan idxal edilmiş mallara aiddir.
Bununla yanaşı, nəşrin müəllifləri Gürcüstandan Rusiyaya keçirilən yüklərin növlərinə diqqət yönəldirlər və bu yüklərin böyük əksəriyyətinin zərərsiz olduğunu qeyd edirlər. Söhbət əsasən qida məhsulları və içkilər kimi məhsullardan gedir.
“Gürcüstanın Rusiyaya böyük həcmdə göndərdiyi və nəzəri cəhətdən narahatlıq yarada biləcək yeganə yük kateqoriyası ferroərintilərdir. Lakin, həyata keçirilən tədqiqat və ticarət göstəricilərinin göstərdiyi kimi, Ukraynada müharibə başlayandan sonra Gürcüstandan Rusiyaya ferroərintilərin ixracı kəskin şəkildə azalıb, bu da sanksiyalardan yan keçmə biznesinin çiçəklənməsi fikri ilə ziddiyyət təşkil edir” – sənəddə deyilir.
Nəşrdə o da deyilir ki, Gürcüstandan Rusiyaya müəyyən miqdarda mexaniki və texniki komponentlər kimi ikili təyinatlı yüklər gedir, lakin tədqiqatla müəyyən edilib ki, belə yüklərin miqdarı o qədər azdır ki, hətta bu yük hərbi məqsədlər üçün istifadə olunsa belə, yenə də Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları sarsıda bilməzdi.
Nəşrdə qeyd olunub ki, bəzi hallarda Gürcüstanda şirkətlər və fiziki şəxslər Qərbdən idxal olunan yüklərin sanksiyalardan yan keçərək Rusiyaya keçə biləcəyindən narahat olduqlarını bildiriblər, lakin göstəricilərin müfəssəl tədqiqindən sonra heç bir şübhəli əlamət aşkar edilməyib. Konkret olaraq, bu, Gürcüstana Amerika mikroçiplərinin idxalının artmasının bu məhsulun Rusiyaya təkrar ixracının sanksiyalardan yan keçmə ilə baş verməsi haqda ittihamla bağlı idi, lakin tədqiqatın müəlliflərinin sözlərinə əsasən, bu artım Gürcüstanın idxalının pandemiyadan əvvəlki səviyyəyə qayıtması ilə izah olunur.
İsveçrənin Qlobal İşlər İnstitutu (SIGA) geo və təhlükəsizlik siyasəti məsələləri üzrə fənlərarası tədqiqat aparır, dəstəkləyir və təşviq edir.