İsveçrənin "Edelweiss" aviaşirkəti Gürcüstanın aviasiya bazarında fəaliyyətə başlayır
İsveçrənin "Edelweiss" aviaşirkəti Gürcüstanın aviasiya bazarında fəaliyyətə başlayır

Tbilisi Şota Rustaveli Adına Beynəlxalq Hava Limanında daha bir Avropa aviaşirkəti fəaliyyətə başlayıb.

“Lufthansa” qlobal aviasiya qrupuna daxil olan “Edelweiss”, Sürixdən Tbilisi istiqamətinə ilk birbaşa reysini həyata keçirdi və 131 sərnişin gətirdi. Gürcüstan Hava Limanları İttifaqı aviaşirkətlə intensiv danışıqları uğurla başa çatdırıb.

“Edelweiss” Airbus 320 tipli təyyarəsi ilə həftədə iki dəfə Sürix-Tbilisi-Sürix istiqamətinə birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.

İlk açılış reysi ilə əlaqədar Tbilisi Beynəlxalq Hava Limanının Hökumət Terminalında rəsmi qarşılanma mərasimi keçirilib. İlk uçuşda Sürixdən ilk birbaşa reyslə gələn İsveçrə mediasının nümayəndələri iştirak ediblər. Onlar Milli Turizm Administrasiyasının dəvəti ilə bir həftə ərzində Gürcüstanda səyahət edəcəklər – nəticədə İsveçrə mediasında Gürcüstanla bağlı məqalələr hazırlanacaq.

“Edelweiss”, 29 il əvvəl qurulan və Lufthansa Qrupuna məxsus olan “Swiss International Airlines”ın törəmə şirkətidir. O, Sürixdəki bazasından Avropa ölkələrinin və Amerik qitəsində, 90 istiqamətdə uçuşlar həyata keçirir. Biletləri hər iki aviaşirkətin – “Edelweiss” və “Swiss International Airlines”ın veb səhifəsindən əldə etmək olar.