İsveçrəli mütəxəssis İrakli Kobaxidzeyə buzlaq vadilərinin tədqiqatının nəticələrini təqdim etdi
İsveçrəli mütəxəssis İrakli Kobaxidzeyə buzlaq vadilərinin tədqiqatının nəticələrini təqdim etdi

Buzlaqlar ölkəmizin ən vacib təbii sərvətlərindən biridir, lakin qlobal iqlim dəyişikliyi fonunda buzlaqlar da təbii fəlakətlərə məruz qalır ki, Şovi faciəsi iki il əvvəl hər birimizə ağrılı şəkildə xatırlatdı, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsveçrənin GEOTEST şirkətinin eksperti Daniel Tobler ilə buzlaq vadilərinin tədqiqatının nəticələri ilə bağlı görüşü zamanı bildirib.

Buzlaq vadilərində təbii fəlakətlərin tədqiqatı məqsədi ilə 2024-cü ildə müqavilə imzalanan GEOTEST şirkətinin eksperti bu gün tədqiqatın nəticələrini Baş nazirə təqdim edib.

“Baş nazir buzlaq vadilərinin tədqiqat prosesində gördükləri işlərə görə isveç və gürcü mütəxəssislərinə təşəkkür etdi və GEOTEST şirkətinin dünya miqyasında oxşar təhdidlərin qiymətləndirilməsində və müvafiq tövsiyələrin verilməsi baxımından görkəmli təcrübəsini vurğuladı.

Ölkə miqyasında 22 buzlaqlı vadidə təhdidlərin qiymətləndirildiyi bu tədqiqat, Gürcüstanda tarixdə ilk dəfə həyata keçirilib.Tədqiqatın nəticələrinə əsasən, dərhal təhlükə mövcud deyil, lakin çağırışların olduğu coğrafi ərazilər müəyyən edilib və risklərin idarə edilməsi məqsədilə burada müasir monitorinq sistemlərinin quraşdırılması vacibdir.

Monitorinq sisteminin tətbiqi prosesi cari il başlayacaq və mərhələli şəkildə həyata keçiriləcək. Prosesi əlaqələndirmək məqsədi ilə hökumət administrasiyası daxilində hökumət koordinasiya mexanizmi yaradılacaq və bütün müvafiq qurumlar burada birləşdiriləcək və onlar öz səlahiyyətlərinə uyğun olaraq prosesi idarə etməkdən məsul olacaqlar”, – hökumət administrasiyasının yaydığı məlumatda deyilib.