İsveçin xarici işlər naziri bildirir ki, Gürcüstan səfirinin vəzifəsini icra edən şəxs İsveç Xarici İşlər Nazirliyinə çağırılıb
İsveçin Xarici İşlər Nazirliyinə Gürcüstan səfirinin vəzifəsini icra edən şəxs çağırılıb.
Bu barədə İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard sosial şəbəkədə yazır.
“Bir neçə Avropa xarici işlər naziri və Kaia Kallas ilə birlikdə Gürcüstanda mövcud vəziyyətin pisləşməsi ilə bağlı bəyanat yaydım. Gürcü müxalifət liderlərinin son dövrdəki həbsləri və saxlanmaları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin, dinc etirazçıların və müstəqil jurnalistlərin özbaşına saxlanılması və artan repressiyalar Gürcüstanda demokratiyanın dağılmasına səbəb olur. Bu isə Avropa dəyərlərinə və normalarına ziddir. Cümə günü, 11 iyulda Gürcüstan səfirinin vəzifəsini icra edən şəxs İsveçin Xarici İşlər Nazirliyinə çağırılıb. Orada yüksək vəzifəli şəxslərdən biri Gürcüstanda insan haqlarının vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib”, – İsveç Xarici İşlər Nazirliyinin rəhbəri yazır.
Gürcüstanla bağlı 17 ölkənin xarici işlər naziri və Avropa İttifaqının ali nümayəndəsi birgə bəyanat yayıb. Bəyanatın müəllifləri Gürcüstan hakimiyyətini dərhal haqsız yerə həbs olunan siyasətçiləri, jurnalistləri və fəalları azad etməyə, repressiv qanunvericiliyi ləğv etməyə və bütün müvafiq tərəflərlə milli dialoqa qoşulmağa çağırırlar”.