İsveçin Göteborq şəhərində tramvay fastfud köşkünə çırpılıb, 7 nəfər xəsarət alıb
İsveçin Göteborq şəhərində tramvay fastfud köşkünə çırpılıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
“Tramvay yüksək sürətlə sola dönərək relsdən çıxıb. Daha sonra asfaltın bir hissəsini keçərək pizza evinə çırpılıb”, – Polisdə bildiriblər.
Hadisə nəticəsində nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb.