İsveçin Bunden şəhərinin məktəblərinin birində ev tapşırıqları, yoxlama və imtahanlar qadağan edildi
İsveçin Bunden şəhərinin məktəblərinin birində ev tapşırıqları, yoxlama və imtahanlar qadağan edildi

İsveçin Bunden şəhərinin məktəblərinin birində apreldə ev tapşırıqları, yoxlama və imtahanlar qadağan edildi. Buna səbəb uşaqlarda yaranan stressdir.

Qadağa müvəqqətidir və bu yeddincidən doqquzuncu sinifə qədər şagirdlərə aiddir.

“Tədqiqatlara uyğun olaraq, daimə eşidirik ki, uşaqlar özlərini pis hiss edirlər və buna səbəb stressdir. Bununla çalışırıq ki, onların stressini yüngülləşdrək”, – məktəbdə bəyan etdilər.

Əgər qadağa uşaqlara müsbət təsir etsə, məktəbdə qadağanın daha bir ay davam etdirilməsini planlaşdırırlar.