İsveç Xarici İşlər Nazirliyi - Ukrayna parlamentinin dünən qəbul etdiyi qanun Ukraynanın Korrupsiyaya qarşı mübarizə qurumlarının müstəqilliyi ilə bağlı ciddi narahatlıq doğurur
İsveç Xarici İşlər Nazirliyi - Ukrayna parlamentinin dünən qəbul etdiyi qanun Ukraynanın Korrupsiyaya qarşı mübarizə qurumlarının müstəqilliyi ilə bağlı ciddi narahatlıq doğurur

İsveç Xarici İşlər Nazirliyi bildirir ki, Ukrayna parlamentinin dünən qəbul etdiyi qanun Ukraynanın Korrupsiyaya qarşı mübarizə qurumlarının müstəqilliyi ilə bağlı narahatlıq doğurur. Bu barədə nazirliyin X sosial şəbəkəsində dərc etdiyi məlumatda deyilib.

“Ukrayna parlamenti tərəfindən dünən qəbul edilən qanun Ukraynanın Korrupsiyaya qarşı mübarizə qurumlarının müstəqilliyi ilə bağlı ciddi narahatlıq doğurur. Ukrayna son on il ərzində korrupsiyaya qarşı mübarizədə mühüm irəliləyiş əldə edib – kursu saxlamaq vacibdir.
İsveç Ukraynada islahatların həyata keçirilməsi üçün yenə də güclü tərəfdaş olaraq qalır”, – İsveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Ukrayna prezidenti Volodimir Zelenski dünən korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyini məhdudlaşdıran qanunu imzalayıb.

Xüsusilə, dəyişikliklər Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun müstəqilliyini ləğv edir və onları Baş Prokurorun qərarlarına tabe edir.

Bununla yanaşı, Fransanın Avropa məsələləri üzrə naziri Benyamin Haddad Ukraynanı Korrupsiyaya qarşı mübarizə qurumlarının müstəqilliyini məhdudlaşdıran qanunu ləğv etməyə çağırır.

Nazirin qeyd etdiyi kimi, vəziyyəti dəyişmək üçün hələ gec deyil.

“Bundan imtina etmək üçün hələ gec deyil. Biz bu məsələni çox diqqətlə izləyəcəyik”, – deyə Haddad bildirib.