İsveç Silahlı Qüvvələri fransız nüvə aviadaşıyıcısı — "Şarl de Qoll"a yaxınlaşan rus dronunu zərərsizləşdirib
İsveç Silahlı Qüvvələri fransız nüvə aviadaşıyıcısı — "Şarl de Qoll"a yaxınlaşan rus dronunu zərərsizləşdirib

İsveç Silahlı Qüvvələri fransız nüvə aviadaşıyıcısı — “Şarl de Qoll”a yaxınlaşan rus dronunu zərərsizləşdirib.

İsveçin İctimai Yayımçısı xəbər verir ki, İsveç Silahlı Qüvvələri Malmö limanında dayanmış Fransanın nüvə enerjisi ilə işləyən aviadaşıyıcısına yaxınlaşan Rusiya pilotsuz uçuş aparatının siqnalını basdırıb. Fransa gəmisi NATO təlimləri çərçivəsində bir neçə gündür ki, İsveç limanındadır.

İsveç mediasının məlumatına görə, dron təyyarədaşıyan gəminin yaxınlığında olan Rusiya gəmisindən buraxılıb. İsveç hərbçiləri pilotsuz uçuş aparatını aşkar ediblər və onun siqnalını basdırıblar, bundan sonra dron yoxa çıxıb.

Hazırda məlum deyil, dron dənizə düşüb, yoxsa Rusiya gəmisinə qayıdıb.