İsveç höküməti Ukrayna üçün yeni hərbi yardım paketi elan edib

19:00, 31.03.2025

İsveç hökuməti Ukrayna üçün 16 milyard kron dəyərində yeni hərbi yardım paketini elan edib. Bu, Şimal ölkələri tərəfindən indiyə qədər verilmiş ən böyük hərbi yardım paketidir.

İsveçin müdafiə naziri Pal Consonun dediyinə görə, İsveç ölkənin “dəstəyini gücləndirməklə yanaşı, gücünü və miqyasını artırdığına” dair siqnal göndərmək istəyir.

Conson sosial şəbəkədə dərc olunan yazıda deyir ki, paket Ukraynanın hava hücumundan müdafiə, artilleriya, peyk rabitələri və dəniz imkanlarına dəstəyi əhatə edir.

Oxşar