Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəisi Mixeil Mağlakelidze qurumun əməkdaşlarına xidmət rəisinin müavinləri – Qaqa Kirkitadze və İa Axalaianı təqdim etdi.
İstintaq Xidmətinin məlumatına görə, Mixeil Mağlakelidze müavinlərini təqdim edərkən qeyd edib ki, Qaqa Kirkitadze İstintaq Xidmətinin spesifikasını yaxşı tanıyır. O, Maliyyə Nazirliyinin İstintaq Xidmətində, həmçinin Gürcüstanın Daxili İşlər və Müdafiə nazirliklərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. İstintaq Xidmətinin rəis müavini İa Axalaia isə müxtəlif dövrlərdə məhkəmə sistemində və Daxili İşlər Nazirliyində işləyib.
Görüş zamanı Xidmət rəisi həmçinin İstintaq Xidmətinin İqtisadi Departamentinin, Operativ-Texniki Təminat Departamentinin və Daxili İnspektor təftiş şöbəsinin yeni rəhbərlərini təqdim etdi.