İstintaq Xidmətinin əməkdaşları avqustda aksizsiz siqaretlərin saxlanması, daşınması və satışının on bir faktını aşkar ediblər
İstintaq Xidmətinin əməkdaşları avqustda aksizsiz siqaretlərin saxlanması, daşınması və satışının on bir faktını aşkar ediblər

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları 2024-cü ilin avqust ayında Gürcüstan miqyasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində aksiz markası ilə markalanmalı olan külli miqdarda malın aksiz markası olmadan saxlanması, daşınması və satışının on bir faktını aşkar ediblər.

Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.

Qurumun məlumatında, 11 nəfərin təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyi, onlardan ikisinin saxanıldığı deyilir.

“İstintaq hərəkətləri nəticəsində cinayətdə ifşa olunan şəxslərdən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 90 000 laridən çox olan ümumilikdə 17 483 qutu müxtəlif markalı aksizsiz siqaret götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə aparılır, bu da 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” – məlumatda qeyd olunub.