İstintaq Xidməti xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktını aşkarlayıb
İstintaq Xidməti xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktını aşkarlayıb

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində, xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə bir nəfər barəsində cinayət təqibi başladılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi fayda əldə etmək məqsədi ilə vergi qanunvericiliyini pozaraq, idarə etdiyi şirkətin gəlirlərini sistematik şəkildə qeyri-düzgün bəyan edirmiş, bu yolla da o, dövlət büdcəsinə aid – 8.810.751 lari məbləğində əsas vergidən yayınıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 218-ci maddəsinin ikinci hissəsi ilə aparılır, bu da cəza olaraq 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur

Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.