İstintaq komissiyasına gəlmədiyi üçün prokurorluq Nika Qvaramiaya qarşı ittiham irəli sürüb
Prokurorluq “Yeni” partiyasının liderlərindən biri Nika Qvaramiaya qarşı “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın iclasına gəlmədiyi üçün ittiham irəli sürüb. Tbilisi Prokurorluğunda Qvaramiaya ittihamı təqdim ediblər.
Nika Qvaramianın dediyinə görə, istintaq komissiyası və prokurorluq çox irəli gedib.
“Mənə qarşı ittiham irəli sürüblər, bunda təəccüblü heç nə yoxdur. Bu komissiya və prokurorluq da çox irəli gedib. Bu hakimiyyət dəyişən kimi və sonra prokurorluq dəyişən kimi, aydındır ki, deyəcək ki, Qvaramia haqlı idi, bu komissiya səlahiyyətsiz idi və parlament də səlahiyyətsiz, qeyri-legitim idi. Bu, hüquqi faktın müəyyən edilməsidir və Konstitusiya Məhkəməsinin nə deməsindən asılı olmayaraq, sonda bu parlamentin legitim olmadığı müəyyən olunacaq. Prokurorluq bu parlamentin qeyri-legitim olması üçün bir çox yolları kəsib və məhv edib” – Qvaramia qeyd edib.