İstintaq xidməti dələduzluğa cəhd faktı üzrə Tbilisi meriyasının təftiş, əməyin təhlükəsizliyinin təşkili və idarə olunması şöbəsinin baş mütəxəssisini saxlayıb
İstintaq xidməti dələduzluğa cəhd faktı üzrə Tbilisi meriyasının təftiş, əməyin təhlükəsizliyinin təşkili və idarə olunması şöbəsinin baş mütəxəssisini saxlayıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Gürcüstan Prokurorluğu ilə koordinasiyada həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, dələduzluğa cəhd faktı üzrə Tbilisi Bələdiyyə Meriyasının təftiş, əməyin təhlükəsizliyinin təşkili və idarə olunması şöbəsinin baş mütəxəssisi M.Q.-nı saxlayıblar. Bu barədə İstintaq Xidməti məlumat yayır.

Qurumun məlumatına görə, aparılmış istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşa Tbilisi bələdiyyəsinin mülkiyyətində olan 1000 kvadratmetr torpaq sahəsinin qeydiyyatdan keçirilməsini vəd edib, bunun müqabilində ondan 16 000 ABŞ dolları tələb edib və pulu aldığı zaman saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19 və 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da cəza tədbiri olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə iş üzrə istintaq fəal şəkildə davam etdirilir”, – deyə İstintaq Xidmətinin yaydığı məlumatda deyilib.