İstanbulda yerləşən yunan xəstəxanasında yanğın baş verib
İstanbulda yerləşən yunan xəstəxanasında yanğın baş verib

 

İstanbulda yerləşən yunan xəstəxanasında yanğın baş verib. Fövqəladə hallar xidməti hadisə yerinə səfərbər olunub.

“Anadolu” agentliyinin məlumatına əsasən, yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışırlar.

Xəstəxanada olan pasiyentlər helikopterlərlə təxliyə ediliblər, yerli sakinlər onları çıxarmaqda polis və yanğınsöndürənlərə kömək ediblər. 102 pasiyent digər regional xəstəxanalara yerləşdirilib .

Bu mərhələdə yanğının səbəbi bilinmir. Yanğın binanı demək olar ki, tamamilə məhv edib.