İstanbul razılaşması çərçivəsində Ukrayna Rusiyanın əsirliyində olan döyüşçülərin daha bir qrupunu geri alıb
Ukrayna İstanbul razılaşması çərçivəsində Rusiyanın əsirliyində olan ağır yaralı və xəstə döyüşçülərin daha bir qrupunu geri alıb.
Prezident Volodimir Zelenskinin söylədiyinə görə, onların əksəriyyəti Rusiyanın əsirliyində iki ildən çox vaxt keçirib.
“Bunlar Mariupol, Donetsk, Luqansk, Zaporojye, Xerson, Xarkov və Çerniqov vilayətlərinin müdafiəçiləri, Silahlı Qüvvələrin, Milli Qvardiyanın və Sərhəd Xidmətinin döyüşçüləridir”, – deyə Zelenski bildirir.
Ukraynaya təhvil verilən əsirlər arasında ən yaşlısı 60 yaşındadır. Azad edilmiş döyüşçülərin ağır tibbi diaqnozları var, o cümlədən epilepsiya, hipertoniyа, işemik xəstəlikləri, görmə problemləri, dayaq-hərəkət sistemi pozuntuları.