İstanbul razılaşması çərçivəsində Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
İstanbul razılaşması çərçivəsində Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

İstanbul razılaşması çərçivəsində Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

Ukrayna mediasının yazdığına görə, bu həftə bu, əsirlərin dördüncü mübadiləsidir. Geri qaytarılan əsirlər arasında ağır xəstələr, ağır yaralananlar və 25 yaşına qədər gənclər var.

“Xalqımızı rus əsirliyindən azad etməyə davam edirik. Bu, artıq bu həftə ərzində dördüncü mübadilədir. Ukraynaya qayıdan oğlanlar arasında elələri də var ki, hələ 2022-ci ildən əsirlikdə idilər. Onlar Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin döyüşçüləridir,” – deyə Ukrayna Prezidenti Volodimir Zelenski yazır və azad edilmiş əsirlərin fotolarını paylaşır.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi Ukraynadan qayıdan rus əsirlərin videosunu yayımlayır. Nazirliyin məlumatına görə, hazırda rus hərbçilər Belarus ərazisindədirlər və onlara müvafiq tibbi yardım göstərilir.