İstanbul prokurorluğu Benyamin Netanyahu da daxil olmaqla İsrail hökumətinin 37 üzvünə qarşı həbs orderi çıxarıb
İstanbul prokurorluğu Benyamin Netanyahu da daxil olmaqla İsrail hökumətinin 37 üzvünə qarşı həbs orderi çıxarıb

İstanbul Baş Prokurorluğu Benyamin Netanyahu da daxil olmaqla İsrail hökumətinin 37 üzvünə qarşı həbs orderi çıxarıb.

Sözügedən şəxslər Qəzzadakı müharibə ilə bağlı soyqırımda ittiham olunurlar.

İstanbul Baş Prokurorluğunun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, İsrailin dövlət rəsmiləri Qazadakı “sistemli soyqırım aktları və insanlığa qarşı cinayətlərə” görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Netanyahu ilə yanaşı, İsrailin müdafiə naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, ordu komandanı Eyal Zamir və İsrail Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah komandiri David Saar Salam barəsində də həbs orderi çıxarılıb.