İstanbul meri Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs edilib
İstanbul meri Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs edilib.
Türk mediasının məlumatına əsasən, polisin keçirdiyi əməliyyat korrupsiya cinayətləri ilə bağlı genişmiqyaslı istintaq ilə bağlıdır. Bundan əvvəl isə merin evində axtarış aparılıb.
Yayılan məlumata əsasən, mer, onun mətbuat katibi və meriyanın 100-ə yaxın əməkdaşı həbs edilib.
Bundan əvvəl isə, İstanbul Universitetinin Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Əkrəm İmamoğlunun diplomunu ləğv etdiyi, bu səbəbdən isə onun prezident seçkilərində iştirak edə bilməyəcəyi barədə məlumat yayılıb.