İsrailin yeni təyin edilmiş səfiri, Ran Qidor Gürcüstanın Birinci Kanalına qonaq oldu
İsrailin yeni təyin edilmiş səfiri, Ran Qidor Gürcüstanın Birinci Kanalına qonaq oldu

İsrailin Gürcüstandakı səlahiyyətli səfiri, Ran Qidor Gürcüstanın Birinci Kanalına qonaq oldu.

İsrailin yeni təyin edilmiş səfiri, Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze və onun birinci müavini, Tinatin Berdzenişvili ilə görüşdü.

Görüşdə söhbət Gürcüstanın Birinci Kanalında cari ishatlara aid oldu. İsrail səfiri teleşirkətin işinin strategiyası ilə maraqlandı.

“Görüş ümumiyyətlə medianın fəaliyyətinə, İctimai Yayımçının roluna, strategiyasına və strukturuna aid idi. gürcü mediasının və partnyor ölkələrin olduğu çağırışları barəsində, həmçinin ümumi əlaqələr və əməkdaşlıq barəsində söhbət etdik”, – görüşün başa çatmasından sonra Tinatin Berdzenişvili bəyan etdi.