İsrailin Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumata əsasən, Pekində israilli diplomata hücum edilib
İsrailin Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumata əsasən, Pekində israilli diplomata hücum edilib

Pekində israilli diplomata hücum edilib. Bu barədə “Times of Israel” yazır.

İsrailin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda İsrailin Pekindəki səfirliyinin əməkdaşına hücumdan sonra onun xəstəxanaya aparıldığı deyilir.

Hazırda diplomatın vəziyyəti stabildir. Nazirlikdə hadisə ilə bağlı araşdırma aparıldığını bildiriblər.