İsrailin təhlükəsizlik kabineti girovların azad edilməsi və “HƏMAS” ilə atəşkəs razılaşmasını dəstəkləydi

20:01, 17.01.2025

İsrailin təhlükəsizlik kabineti girovların azad edilməsi və “HƏMAS” ilə atəşkəs razılaşmasını dəstəkləydi.

İsrail mediasının məlumatına görə, razılaşma indi ehtimal ki, şənbə başlamazdan əvvəl baş tutması gözlənilən müzakirə və səsvermə üçün kabinetin tam tərkibinə gedəcək.

İsrail hökumətinin məlumatına görə, tövsiyyə razılaşmanın “bütün diplomatik, təhlükəsizlik və humanitar” aspektləri araşdırıldıqdan sonra, razılaşmanın “müharibənin məqsədlərinə nail olunmasını dəstəklədiyi” anlayışı ilə qəbul edilib.

Razılaşmaya kimin səs verdiyi açıqlanmır, lakin İsrailin maliyyə naziri Bezalel Smotriçin “dini sionizm” və milli təhlükəsizlik naziri İtamar Ben Qurionun “Otzma Yehudit” partiyaları sazişi dəstəkləməyəcəklərini bildiriblər.

Oxşar