İsrailin pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində Livan ordusunun bir əsgəri həlak olub

18:36, 30.09.2024

 

İsrailin hücumu nəticəsində Livan ordusunun bir əsgəri həlak olub. Yerli medianın məlumatına görə, Cənubi Livanda hərbi qulluqçu motosikletlə ordunun nəzarət-buraxılış məntəqəsi yaxınlığında hərəkətdə olarkən pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Livan mətbuatı yazır ki, sərhəd-keçid məntəqəsinin ətrafı da artilleriyadan atəşə tutulub. Bu, İsrailin Livan ərazisini irimiqyaslı bombardman etməsindən sonra ilk dəfədir ki, Livan ordusu əsgəri həlak olur.

Ötən gecədən bəri İsrailin bombardmanları nəticəsində Livanda Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin üzvləri də daxil olmaqla 60-dan çox insan həlak olub. İsrailin müdafiə naziri Yoav Qalant qeyd edir ki, İsrail Livanda Hizbullaha qarşı qurudan hücuma hazırlaşır.

Oxşar