İsrailin müdafiə naziri -“HƏMAS” girovları azad etməsə, İsrail Qəzza zolağının bir hissəsini ilhaq edəcək

19:41, 21.03.2025

“HƏMAS” girovları azad etməsə, İsrail Qəzza zolağının bir hissəsini ilhaq edəcək, – bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

İsrail Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, o, hərbçilərə ərəb anklavında fələstinliləri təxliyə etmək əmri verib. İsrael Katzın bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələri, quru əməliyyatı da daxil olmaqla “HƏMAS”a qarşı hərbi əməliyyatlarını gücləndirəcəklər.

Əgər “HƏMAS” terror təşkilatı girovları azad etməkdən imtina etməyə davam edərsə, mən İsrail ordusuna İsrailin əraziyə nəzarətini davam etdirmək yolu ilə İsrail icmalarını və İsrail əsgərlərini qorumaq üçün əlavə əraziləri ələ keçirməyi, əhalini təxliyə etməyi və Qəzza ətrafındakı təhlükəsizlik zonasını genişləndirməyi tapşırmışam.

Oxşar