İsrailin müdafiə naziri bildirir ki, İrana qarşı "qabaqlayıcı zərbə"yə başlayıblar və İsraildə "xüsusi və daimi fövqəladə vəziyyət" elan edilib
İsrailin müdafiə naziri bildirir ki, İrana qarşı "qabaqlayıcı zərbə"yə başlayıblar və İsraildə "xüsusi və daimi fövqəladə vəziyyət" elan edilib

İsrail İrana qarşı “qabaqlayıcı zərbə”yə başlayıb, – bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Bununla yanaşı, İsrael Kats İsrail ərazisində “xüsusi və daimi fövqəladə vəziyyət” elan edib.

„BBC“nin məlumatına görə, Tehranda üç dəfə partlayış səsi eşidilib. Medianın məlumatına görə, İran paytaxtına edilən hücum bir neçə raketlə həyata keçirilib.