İsrailin Müdafiə Qüvvələri Cənubi Livanın bir neçə bölgəsində “Hizbullah”ın silah anbarları və raket buraxma məntəqələrinə zərbələr endirdikləri barədə məlumat yayır
İsrailin Müdafiə Qüvvələri Cənubi Livanın bir neçə bölgəsində “Hizbullah”ın silah anbarları və raket buraxma məntəqələrinə zərbələr endirdikləri barədə məlumat yayır

İsrail Müdafiə Qüvvələri (IDF) Cənubi Livanın bir neçə bölgəsində “Hizbullah”ın silah anbarları və raket buraxma məntəqələrinə zərbələr endirməsi barədə bəyanat yayıb.

Onların dediyinə görə, Müdafiə Qüvvələri İsrail üçün hər hansı bir təhdidi neytrallaşdırmaq və əhalini qorumaq üçün hərəkət edəcəklər.

“Bir az əvvəl, IDF Cənubi Livanın bir neçə bölgəsində “Hizbullah”a məxsus silah anbarları və raket buraxma məntəqələrini bombaladı. “Hizbullah” terror təşkilatı Cənubi Livanda terror infrastrukturu bərpa etməyə cəhdlərini davam etdirir ki, İsrailin dinc əhalisinə zərər versin. Silahların mövcudluğu İsrail ilə Livan arasında atəşkəs razılaşmasının pozulması deməkdir və bölgədəki mülki əhali üçün təhlükə yaradır. İsrail Müdafiə Qüvvələri İsrail Dövlətinə qarşı hər hansı bir təhlükəni neytrallaşdırmaq üçün tədbirlər görməyə davam edəcək”, – bəyanatda deyilib.