İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində yeddi nəfər həlak olub

13:24, 15.08.2026

İsrailin Livanın cənubuna hava hücumu nəticəsində yeddi nəfər həlak olub, üç nəfər isə yaralanıb, – bu barədə Livan mediası məlumat yayır.

Yayılan məlumata görə, hücum sübh çağı Ənsar şəhərində baş verib.

Medianın məlumatına görə, hərbi təyyarələr Ansar şəhər kənarında yerləşən evi bombalayıb.

İsrail hərbi qüvvələri Livanın cənubuna gecə saatlarında hava zərbələrinin endirildiyini təsdiqləyir. Onların məlumatına görə, „Hizbullah“ infrastrukturunun bombalanması İsrail əsgərlərinə edilən hücuma cavab olaraq həyata keçirilib.

Oxşar