İsrailin Livana hava hücumları nəticəsində həlak olanların sayı 620-yə yüksəlib
Smoke billows over southern Lebanon, amid ongoing cross-border hostilities between Hezbollah and Israeli forces, as pictured from Marjayoun, near the border with Israel, September 26, 2024. REUTERS/Karamallah Daher
İsrailin Livana hava hücumları nəticəsində son bir gündə 72 nəfər həyatını itirib, 392 nəfər isə yaralanıb.
Ümumilikdə, qurbanların sayı 620-yə yüksəlib.
Livanda, İsrailin hərbi əməliyyatı nəticəsində ola bilsin 500 000 insanın yaşayış evini tərk etdiyini bildirirlər. Eyni zamanda, İsrailin Müdafiə Qüvvələrində ötən gecə ərzində “Hizbullah”ın 75 hədəfinin bombalandığını bildirirlər.
Livanın cənubunda və Bekaa vadisində bombalanan hədəflər arasında silah anbarları, raket buraxılış sistemləri, “Hizbullah” tərəfindən istifadə edilən tikililər, əməliyyatçı şəxslər və digər infrastruktur olub.
İsrail mediası yazır ki, atəşkəs danışıqları fonunda İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Müdafiə Qüvvələrini Livana hücumları azaltmağa çağırıb.