İsrailin hərbi aviasiyasının Beyrutu bombalaması nəticəsində Livanda qurban sayı yüksəlib
İsrailin hərbi aviasiyası tərəfindən Beyrutu bombalaması nəticəsində Livanda qurbanların sayı 12-yə yüksəlib. Bu barədə məlumatı “BBC” yayır.
Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölənlər arasında uşaqlar da var. Yyaılan məlumata görə, ölkənin paytaxtı Beyrutda yaşayış məhəlləsinin bombalanması nəticəsində 66 nəfər xəsarət alıb, onlardan 9 insanın sağlamlıq vəziyyəti ağırdır.
İsrailin Müdafiə Qüvvələri əməliyyat nəticəsində “Hizbullah”ın elit bölməsinin komandirlərindən olan “Radvan”nın hərbi əməliyyatlarına rəhbərlik edən İbrahim Akilin öldürüldüyünü təsdiqləyir.
Bəyanata əsasən, zərbə zamanı İbrahim Akillə birlikdə , “Hizbullah”ın əməliyyat qrupunun lideri və “Radvan” qüvvələrinin rəhbərliyi də öldürülüb. İsraildə bildirirlər ki, “Hizbullah” İsrailin Qaliley bölgəsini işğal etmək niyyətində idi. Akil həmçinin 1983-cü ildə Beyrutda amerikalı dəniz piyadalarının kazarmasının bombalanmasında iştirak etdiyinə görə, həmçinin 1980-ci illərdə Livanda amerikalı və almanı girov götürülməsinə rəhbərlik etdiyinə görə ABŞ tərəfindən axtarışda idi.