İsrailin hərbi aviasiyası Yəməni bombalayıb
İsrailin hərbi aviasiyası Yəməni bombalayıb. İsrail mediasının məlumatına görə, hərbi əməliyyatda hava qırıcıları, yanacaq dolduran təyyarələr və kəşfiyyat təyyarələri də daxil olmaqla 20 təyyarə iştirak edib.
İsrailin Müdafiə Qüvvələri üç əsas hədəfə 50-yə yaxın döyüş sursatı atıb. Bunlar: paytaxt Səna yaxınlığındakı Heziaz elektrik stansiyası və Yəmənin qərb sahilindəki Hodeyda və Ras İsa limanlarında infrastrukturudur. İsrailin baş naziri Benyamin Netanyahu yəmənli “husilər”in İsrailə yenidən hücum etmələrinin əvəzini ödəyəcəklərini bildirib.
Paralel olaraq, ABŞ və Britaniyanın hərbi təyyarələrinin Yəmən ərazisinə hava zərbələri həyata keçirdiyi məlum olur.